Şriftin ölçüsü :

Saytın rəngi :

04 oktyabr 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi

05 oktyabr 2025 | 11:17

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 04 oktyabr 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.

İməcilikdə rayonun kommunal təsərrüfat birliklərinin, idarə müəssisə, təşkilatlarının əməkdaşları tərəfindən ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, həyətlərdə skamyalar, stollar təmir olundu, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparıldı.

Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

Keçidlər