Şriftin ölçüsü :

Saytın rəngi :

05 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

05 mart 2024 | 11:35

05 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi Rayon Təşkilatının sədri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Ə.Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsində tutulmuş kanalizasiya xəttinin açılması, F.Hümbətov adına parkın cari təmiri, Z.Qəmbərov küçəsində təhlükə yaradan elektrik xəttinin təmir edilməsi, İ.Hacıyev küçəsində yararsız vəziyyətdə olan işıq dirəyinin təmiri, Aydınbəyov küçəsində sıradan çıxmış asfaltın bərpası ilə əlaqədar, S.Məmmədova küçəsində su xəttinin təmiri və küçənin bir hissəsinin işıqlandırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər