Şriftin ölçüsü :

Saytın rəngi :

05 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

06 noyabr 2024 | 11:03

05 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində 30 saylı binanın həyətində ağacın götürülməsi, İ.Hacıyev küçəsində kanalizasiya xəttində axıntının qarşısının alınması, Z.Qəmbərov küçəsindən 143 saylı məktəbə gedən yolun kanalizasiya xəttinin təmizlənməsi, Ə.Ağayev küçəsində 120 saylı binanın dam örtüyünün yenilənməsi, binanın üstündən su çənlərinin götürülməsi və həyətdə uşaqlar üçün nəzərdə tutulmuş əyləncə qurğularının yenilənməsi, R.Aboyev parkında urnaların qoyulması, E.Babayev küçəsində piyada keçidi zolaqlarının çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər