Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

06 oktyabr 2023 | 14:32

05 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə  YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ş.Məmmədova küçəsi 7 saylı binanın qarşısının asfaltlanması və binanın həyətindən keçən köhnə su xəttinin yenisi ilə əvəz olunması, Ş.Məmmədova küçəsi 15 və 8 saylı binaların həyətinə asfalt örtüyünün çəkilməsi, ağacların budanması, quru ağacın kəsilməsi və oturacaqların yerləşdirilməsi, N.Nərimanov küçəsi 34 saylı binada nasaz vəziyyətdə olan liftin təmir olunması, H.Hüseynov küçəsi 11a saylı binada nasaz vəziyyətdə olan liftlərin dəyişdirilməsi və ya əsaslı təmir edilməsi, Azadlıq pr-ti 2-ci yoldan 115 saylı məktəbə keçən yolda (Azadıq pr. 22 ünvanı) piyada keçidi zolaqlarının rənginin yenilənməsi və piyada keçidi nişanının qoyulması, A.Kunanbayev 11b saylı binanın 1-ci girişinin qarşısında olan quru ağacın kəsilməsi, N.Nərimanov 85 ünvanında qurumuş ağacların budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər