06 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
06 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilarının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Biləcəri qəsəbəsi Natiq Həşimi küçəsi 29 ünvanında binanın qarşısında qurumuş iydə ağacının götürülməsi, Teymur Yaqubov küçəsində yağış sularının zirzəmiyə axmasının qarşısının alınması məqsədilə 20 metr uzunluğunda olan kanalizasiya xəttinin çəkilməsi, Natiq Həşimi 33 A ünvanında kanalizasiya xəttinin yuyulması, Sülh küçəsinin asfaltlanması və Asəf Zeynallı küçəsinin (298 saylı tam orta məktəbin ətrafı) abadlaşdırılması, 5057/68 bina 4 ünvanında zirzəmiyə yığılmış suyun çəkilməsi, Ordubadi küçəsi döngə 2 ünvanında 150 metr uzunluqda olan yolun asfaltlanması, Yəhya Hüseynov küçəsi ilə Ordubadi küçəsini birləşdirən tunelin piyadalar üçün nəzərdə tutulan hissəsinin daxilində yanmayan lampaların dəyişdirilməsi, X.Məlikaslanov küçəsində (6-cı döngə) sahibsiz heyvanların yığışdırılması, 299 saylı məktəbin qarşısında sıradan çıxmış lampaların yenisi ilə əvəz edilməsi, Ordubadi küçəsi ("Sarı" marketin yanı) işiqforun və ya piyada keçidinin təşkil edilməsi, dayanacağın quraşdırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.