Şriftin ölçüsü :

Saytın rəngi :

06 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

07 iyun 2024 | 12:38

06 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 28 May qəsəbəsi 329 saylı uşaq bağçasının təmir edilməsi və əlavə korpusun tikilməsi, Ceyhun Orucov küçəsinin sonunda 50 metr hissəyə asfalt örtüyünün çəkilməsi, Vətən küçəsində küçə işıqlarının quraşdırılması, Abşeron rayon Hökməli qəsəbəsi ərazisinə suyun ötürülməsi 28 May qəsəbəsindən keçən su xətti vasitəsilə yüksək təzyiqlə ötürüldüyü səbəbindən baş verən qəzaların aradan qaldırılması məqsədilə su xətlərinin ayrılması, Qəsəbədə yeni ad verilmiş küçələrlə bağlı küçə adını bildirən lövhələrin quraşdırılması, Qarabağ küçəsində sıradan çıxmış 80 metr kanalizasiya xəttinin dəyişdirilməsi, Dostluq küçəsində yararsız  su xəttinin yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər