Şriftin ölçüsü :

Saytın rəngi :

06 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

07 mart 2025 | 13:17

06 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İ.Dadaşov küçəsində işıq dirəklərində lampaların dəyişdirilməsi, Ə.Naxçıvani 34 saylı binanın həyətində söhbətgahın quraşdırılması və Ə.Naxçivani 35 ünvanında ağacın budanması, 276 nömrəli  məktəbin həyətinə əlavə girişin açılması ilə bağlı müraciətin ünvanlanması, Ə.Naxçıvani küçəsi ev 37 ünvanında eyvanın qarşısını kəsmiş ağacın budanması, S.Bəhlulzadə küçəsində ("Endi" marketlə üzbəüz) piyada keçid zolağının çəkilməsi ilə bağlı müraciətin ünvanlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər