Şriftin ölçüsü :

Saytın rəngi :

06 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

06 oktyabr 2022 | 15:13

Görüşdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra, RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərazisində yolun təmir edilməsi və asfalt örtüyünün çəkilməsi, mədən ərazisində kanalizasiyanın yuyulması, 179 saylı məktəbin qarşısında asfalt örtüyünün üzərinə “dayan məktəb” sözünün yazılması, ali təhsil müəssisəsinə illik ödənişə köməklik edilməsi, işıq şitinin yerinin dəyişdirilməsi, qəsəbə ərazisində küçə işıqlarının çəkilməsi və zəif işıqların qısa qapanmasının qarşısı alınması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər