Şriftin ölçüsü :

Saytın rəngi :

07 aprel 2022-ci il tarixində Qorxmaz Baxşiyev adına 179 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinlərilə səyyar qəbulu keçirildi.

07 aprel 2022 | 17:04

07 aprel 2022-ci il tarixində Qorxmaz Baxşiyev adına 179 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə  sakinlərilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən sakinlər qəsəbədə görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri  əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri və kanalizasiya sistemlərinin yenidənqurma və təmiri, küçə işıqlarının təmin olunması, yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədən şəhər istiqamətinə gediş-gəlişi asanlaşdırmaq üçün avtobusların sayının artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verdi.

Keçidlər