Şriftin ölçüsü :

Saytın rəngi :

07 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

11 dekabr 2023 | 12:57

07 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatınn sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin K.Rəhimov küçəsi 53 saylı binanın zirzəmisində kanalizasiya probleminin aradan qaldırılması, Ə.Naxçivani küçəsi 27 saylı binada liftin təmir olunması,  Ə.Naxçıvani küçəsi 3 saylı binanın əhatəsində olan ağaclara aqrotexniki qulluq göstərilməsi, Azadlıq prospekti 170/14 saylı binanın II girişinin qarşısında su xəttinin təmir olunması ilə əlaqədar aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, S.S.Axundov küçəsi 11/35 saylı binanın həyətində istilik sisteminin quraşdırılması ilə əlaqədar qazılmış asfalt örtüyünün bərpası, 25 saylı poliklinikanının zirzəmisinə yığılan çirkab suların çəkilməsi, C.Hacıbəyli küçəsi 70 saylı binanın həyətində ağacların budanması, C.Hacıbəyli küçəsi 70 saylı binanın kanalizasiya probleminin aradan qaldırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər