Şriftin ölçüsü :

Saytın rəngi :

07 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

07 may 2024 | 09:50

07 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 7-ci mikrorayon A.Kunanbayev küçəsindən sahibsiz heyvanların kənarlaşdırılması, A.Kunanbayev 1 saylı binanın liftlərində olan problemlərin aradan qaldırılması və həmin ünvanda quru ağacların götürülməsi, S.S.Axundov küçəsində (“İnqilab” kinoteatrının qarşısı) əvvəl mövcud olmuş sərnişin dayanacağının bərpası, İ.Dadaşov küçəsi 71 saylı binanın həyətində olan quru ağacların götürülməsi, F.Məlikov 3/a ünvanında ağacların götürülməsi və F.Məlikov 4 ünvanında kanalizasiya xəttlərinin tutulması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 

Keçidlər