Şriftin ölçüsü :

Saytın rəngi :

07 may 2024-cü il tarixində Binəqədi rayonu 306 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

07 may 2024 | 18:13

07 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun 28 May qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri-Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Firdovsi Əsədli, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyev, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, İdarənin yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva, 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.

Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Firdovsi Əsədli gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, törətdiyi faciələr barədə geniş məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün ölkədə həyata keçirilən islahatlardan, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğundan söhbət açdı və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.

Daha sonra geniş məruzə ilə çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, polis əməkdaşları bu istiqamətdə müxtəlif əməliyyat tədbirləri həyata keçirir. Lalə Əliyeva bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruri olduğunu bildirdi.

Tədbir çərçivəsində mövzuya dair Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış videoçarx nümayiş edildi, şagırdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

 

                                                                                                    

Keçidlər