Binəqədi rayonunda körpələr evi-uşaq bağçalarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - “Zəfər Günü” münasibətilə bayram tədbirləri keçirildi
07 noyabr 2025-ci il tarixində Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 3 ünvanında yerləşən 40 nömrəli körpələr evi-uşaq bağçasında, 7-ci mikrorayon S.S.Axundov küçəsi 7b ünvanında yerləşən 158 nömrəli körpələr evi-uşaq bağçasında, 7-ci mikrorayon S.S.Axundov küçəsi 3123-cü məhəllə ünvanında yerləşən 272 nömrəli körpələr evi-uşaq bağçasında, 8-ci mikrorayon N.Nərimanov küçəsi 73 ünvanında yerləşən 177 nömrəli körpələr evi-uşaq bağçasında, Xocəsən qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən 348 nömrəli körpələr evi-uşaq bağçasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - “Zəfər Günü” münasibətilə bayram tədbirləri keçirildi.
Tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Vətən müharibəsi qaziləri, məktəbəqədər müəssisələrin kollektivləri iştirak etdilər.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Çıxış edənlər Şanlı Zəfər günü münasibətilə tədbir iştirakçılarına öz təbriklərini çatdırdılar və Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman Ordumuzun göstərdiyi rəşadətdən və bu Qələbənin xalqımızın birliyinin, gücünün və iradəsinin nəticəsi olmasından bəhs etdilər.
Sonda balaca fidanların ifasında müxtəlif səhnəcik, rəqs, mahnı nümünələri təqdim edildi.









