Şriftin ölçüsü :

Saytın rəngi :

07 sentyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

08 sentyabr 2023 | 15:56

07 sentyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Rövşən Hüseynov küçəsində qurumuş ağacın kəsilməsi, S.Bəhlulzadə  küçəsi I keçiddə asfalt örtüyünün vurulması, Çinarlı küçəsində üstüaçıq kanalizasiya xəttinin təmizlənməsi, Hacıbababəyov küçəsində işıq dirəklərinin olmasına baxmayaraq, küçə işıqlarının yanmaması ilə əlaqədar, M.Məhəmmədxan küçəsi ilə Q.Qarayev küçəsi arasında yerləşən pilləkənlərin təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər