07 sentyabr 2024-cü il tarixində şəhid Məhərrəmov Məhəmməd Cəlil oğlunun şəhadətinin 1-ci il dönümü ilə əlaqədar 2-ci Şəhidlər Xiyabanında qəbirüstü abidəsi ziyarət olundu
07 sentyabr 2024-cü il tarixində, 2023-cü ildə döyüş təlimləri zamanı şəhid olmuş Məhərrəmov Məhəmməd Cəlil oğlunun şəhadətinin 1-ci il dönümü ilə əlaqədar 2-ci Şəhidlər Xiyabanında qəbirüstü abidəsi ziyarət olundu.
Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri-Hacıbaba Babayev və Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri-Nicat Allahverdiyev, İskəndər Cahangir-zadə və Səməndər Mənəfov, şəhidimizin ailə üzvləri, yaxınları və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!