Şriftin ölçüsü :

Saytın rəngi :

08 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

09 avqust 2023 | 17:27

08 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyənin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin N.Nərimanov küçəsi, 81 saylı binanın həyətində yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi, Azadlıq prospekti 196 ünvanında yerləşən park ərazisində qazon örtüyünün bərpa olunması, Azadlıq prospekti 180, 186, 188 ünvanlarında yerləşən binaların həyətində ağacların suvarılması məqsədilə çəkilmiş su xəttinin bərpa olunması, F. Məlikov küçəsi-1/b ünvanında yerləşən binanın dezinfeksiya olunması, S.S.Axundov küçəsi ərazisində sahibsiz heyvanların yığışdırılması, S.S.Axundov küçəsi 13/37 ünvanında yeraltı qaz xəttinin ləğv edilməsi, H.Hüseynov küçəsi 15 ünvanında asfalt örtüyünün bərpası, Ş.Məmmədova küçəsi 15 saylı binanın IV girişində zirzəminin dezinfeksiya olunması, F.Məlikov küçəsi-1/b ünvanının həyətində yerləşən quru ağacların kəsilməsi və həmin ünvanda liftin təmir edilməsi, S.S.Axundov küçəsi 8 ünvanında yerləşən binanın zirzəmisinə axan qrunt suyunun çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər