Şriftin ölçüsü :

Saytın rəngi :

08 avqust 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

09 avqust 2024 | 15:49

08 avqust 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi qəsəbəsi Ş.Qasımov küçəsinə asfalt örtüyünün çəkilməsi, Mətbuat küçəsində işıqforun quraşdırılması, Emin Bağırov küçəsində (Nənəmin təndirinin qarşısında) piyada zolağının çəkilməsi, Ə.Cavadov küçəsində (Kip yolu) neft borularının təmirindən sonra qazılmış asfalt örtüyünün təmiri, Qapanlı küçəsində ünvan  lövhələrinin quraşdırılması və Gülüstan küçəsi 11 ünvanının qarşısında avtobus dayanacağının qoyulması, Emin Bağırov küçəsində avtobus dayanacağının qoyulması, 10 May küçəsinin 6-cı döngəsində su və kanalizasiya xəttinin çəkilməsi, G.Ramazanov küçəsində asfalt örtüyünün çəkilməsi, məişət tullantıları konteynerlərinin yerləşdirilməsi, 170 saylı avtobus xəttinin C.Cabbarlı küçəsindən İsfahani küçəsinədək uzadılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər