08 dekabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi
08 dekabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı - Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi və şərəfli dövr haqqında çıxış etdi. Çıxış zamanı bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
Daha sonra, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək partiyanın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu haqqında söhbət açdı, qeyd edi ki, bu gün Azərbaycan tarixin ən güclü və ən qüdrətli dövrünü yaşayır. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Natiq əlavə olaraq, partiya üzvlərinə məlumat verərək bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq.
Daha sonra, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxış edərək partiyada həyata keçirilən uğurlu islahatlardan danışdı və bu islahatların partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirdi. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi.
Ərazi ilk partiya təşkilatının sədr müavini Ziba Nəcəfova hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və görülən işlər haqqında danışdı.
Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi ilk partiya təşkilatının üzvləri Ülvi İsgəndərov və Füzuli Mehrabzadə təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi.
Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq, partiya üzvlərinin qərarı ilə Ziba Nəcəfova ərazi ilk partiya təşkilatının sədri, Füzuli Mehrabzadə isə sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildirdilər.