Şriftin ölçüsü :

Saytın rəngi :

08 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

08 iyun 2023 | 12:50

08 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Karvan küçəsinə küçə adını bildirən lövhələrin vurulması; Şəhid Ramin Quliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətində qurumuş ağacların kəsilməsi; I mədən, korpus 24 və 25 ünvanlarının kəsişməsində asfalt örtüyünün bərpası, kanalizasiya xəttinin çəkilməsi; Şəhid Ramin Quliyev, Ələsgər Cavadov, Gülməmməd Ramazanov ünvanlarında küçə itlərinin yığışdırılması,   Gülməmməd Ramazanov küçəsində  məişət konteynerlərinin yerləşdirilməsi; Amil Rəvan küçəsində kanalizasiya xəttinin yuyulması; Gülməmməd Ramazanov ünvanında kanalizasiya xəttinin çəkilməsi; Şəhid A.Haqverdiyevin adı verilmiş ünvana küçə adını bildirən lövhələrin vurulması; Qayalı küçəsində asfalt örtüyünün çəkilməsi, küçə adını bildirən lövhələrin vurulması; Mətbuat küçəsi, 205 nömrəli məktəb istiqamətində 123 N-li avtobus xəttinin intervalının azaldılması və ya yeni marşurut xəttinin açılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər