08 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
08 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin F.Məlikov adına parkda 2 ədəd quru ağacın götürülməsi, F.Məlikov küçəsi 2a saylı binanın arxa hissəsinin və dam örtüyünün təmir olunması, 272 saylı uşaq bağçasının qabağında sahibsiz heyvanların ərazidən yığışdırılması, “Büllur” mərasim evinin qarşısında kanalizasiya lyukunun təmir edilməsi, “Versal” şadlıq sarayının qarşısındakı səkidə hərəkətə mane olan ağacların budanması, S.S.Axundov küçəsi 4a saylı ünvanda quru ağacların götürülməsi ilə bağlı, S.S.Axundov 4a saylı ünvanda məhəllə daxili yolun asfaltlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.









