Şriftin ölçüsü :

Saytın rəngi :

09 aprel 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

10 aprel 2026 | 11:50

09 aprel 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən M.Cəlal küçəsi 105 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Mir Cəlal küçəsi 109 saylı ünvanda Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, H.Babaşov küçəsi 15 saylı ünvanda sahibsiz küçə heyvanlarının ərazidən götürülməsi, A.Məmmədov küçəsi 85,87 və 83 saylı ünvanlarda oturacaqların, söhbətgahın rənglənməsi və ağacların budanması, M.Kazımovski küçəsi 15/2 saylı ünvanda zirzəmiyə yığılmış  kanalizasiya suyunun çəkilməsi, M.Kazımovski küçəsi 8 saylı ünvanda ağacların budanması, ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması və suyun təziqinin artırılması, M.Cəlal küçəsi 41 saylı ünvanda ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, M.Cəlal küçəsi 13 və 11 saylı binaların qarşısında qəzalı vəziyyətdə olan kanalizasiya lyukuna qapağın qoyulması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər