Şriftin ölçüsü :

Saytın rəngi :

10 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

11 aprel 2025 | 12:20

10 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin “Dərnəgül” metro stansiyasının yaxınlığında “MilliÖn” aparatının quraşdırılması, S.S.Axundov küçəsində (“Cıdır Düzü” şadlıq sarayının qarşısında) su axıntısının qarşısının alınması, S.S.Axundov küçəsində (DİM-in qarşısında) dayanacaq pavilyonunun yenidən quraşdırılması, S.S.Axundov küçəsində (Binəqədi Gənclər evini keçdikdən sonra) piyada zolağının çəkilməsi, S.S.Axundov küçəsi 11/b saylı binanın 4-cü girişində liftin düymələrinin yenisi ilə əvəz olunması, Fərman Məlikov küçəsi 3/A ünvanında həyətdəki quru ağacların kəsilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər