10 dekabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
10 dekabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ə.Naxçıvani küçəsi 1/a saylı binada liftin təmiri və vətəndaşa maddi yardımın göstərilməsi, A.Kunanbayev küçəsində “Azərsu” ASC tərəfindən qazılmış yerlərdə asfalt örtüyünün bərpa olması və A.Kunanbayev 5a/15 ünvanda istiliyin zəif olması, A.Kunanbayev küçəsi bina 6 giriş 3-ün qarşısında qurumuş ağacların kəsilməsi, S.S.Axundov küçəsində (“Versal” şadlıq sarayının qarşısı) piyada keçidinin yenilənməsi, A.Kunanbayev 20 saylı binanın yaxınlığına məişət tullantı konteynerlərinin yerləşdirilməsi və binanın kanalizasiya sistemində yaranan problemin aradan qaldırılması, “Dərnəgül” metrosunun yanında sahibsiz heyvanların aidiyyəti qurum tərəfindən saxlanma yerlərinə aparılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.