Şriftin ölçüsü :

Saytın rəngi :

10 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

11 oktyabr 2024 | 12:46

10 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri – Hacıbaba Babayev və Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə nümayəndəliyinin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 313 saylı məktəbin qarşısında yeni dayanacağın yerləşdirilməsi, Xocəsən ərazisində sahibsiz itlərin sayının artması ilə əlaqədar tədbir görülməsi, Xocəsən sağlamlıq mərkəzinin qarşısında yolun genişləndirilməsi və asfaltlanması, Xocəsən sağlamlıq mərkəzinin digər çıxışının qarşısında abadlaşdırma məqsədilə ağacların əkilməsi, Hürriyyət küçəsində açıq kanalizasiya lyuklarına qapağın yerləşdirilməsi, Bakı-Şamaxı yolunda qurumuş ağacların götürülməsi, Motodrom yaşayış massivində iməclik keçirilməsi, açıq kanalın texnika vasitəsilə təmizlənməsi, Xocəsən gölünün ətrafından iri qabaritli tullantıların təmizlənməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər