Son həftə ərazisində aparılmış abadlıq-quruculuq işləri haqqında
Həftə ərzində (11-15 yanvar) rayon ərazisində ümumilikdə 55 yerdə su axıntıları olan boruların və 2 nasosxananın təmiri aparılıb, 94 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb, həmçinin 19 p/m su xətti və 40 p/m kanalizasiya xətti dəyişdirilib.
Azadlıq prospekti 161 TM-665-də 630 KV transformator yeni 1000 Kv transformatorla əvəz olunub. 9-cu mikrorayon, M.Cəlal küçəsi TM-737,C.Xəndan küçəsi TM-904-də 0,4 KV-luq PQ-da 4 ədəd 1500 A-lik baş ayrıcı istismara verilib.
7-ci mikrorayon 20/16 saylı binaın TM-548-dən 0,4 KV-luq kabel xətti çəkilib, (kabel ABS 4x70 mm2 L-50m). 20 yanvar parkının SİP kabel dayaqları kənara çəkilmiş, kabel yenisi ilə əvəz olunub. XLPE kabeli ilə TM-11 və KTM-11 6 KV-luq enerji qoşulub. Y/st-90 PQ-90/1-6KV-luq giriş 1-də yük azaldılaraq Zəngəzur ətraflı əhali xətti (700, 701, 217, 838 KTM-lərin) 1-ci bölmədən 2-ci bölməyə köçürülüb.
Meliorasiya deyilən ərazidə, Sulutəpə və Biləcəri qəsəbələrində 2433 p/m qaz xətti çəkilmiş, 438 ədəd “Smartkart” tipli qaz sayğacları quraşdırılıb. Rəsulzadə qəsəbəsində, Binəqədi kəndində, I Mədən ərazisində 1296 p/m qaz xətti çəkilmiş, 284 ədəd “Smartkart” tipli qaz sayğacları quraşdırılıb.
7-ci mikrorayon 9/25, 28, 3 saylı yaşayış binalarında d-25mm 38 p/m dik dayaqlar dəyişdirilib. 7-ci mikrorayon 4 və 5 saylı binalarda d-25mm 20 m dik dayaqlar bərpa olunub. 8-ci mikrorayon S.S.Axundov küçəsi 1,2 və Azadlıq prospekti 132 saylı binaların zirzəmisində müxtəlif diametrlik 36,5m dik dayaqlar dəyişdirilib. 8-ci mikrorayon S.S.Axundov 5, S.Məmmədova 68, N.Nərimanov 81, Azadlıq prospekti 18 saylı binaların zirzəmilərində aşağı paylama istilik xəttində müxtəlif diametrlik 13,5m boru dəyişdirilibr. Naxçıvani küçəsi 5, 6 saylı binaların zirzəmisində müxtəlif diametrlik 10 p/m boru dəyişdirilib. C.Hacıbəyli 70 saylı binaya gedən istilik xəttində d-57 mm olan 2,5 p/m boru dəyişdirilib.
M.Cəlal 21 və 27 saylı binaların aşağı paylama xəttində d-20mm olan 2 ədəd üçlük və ventil dəyişdirilib. M.Cəlal 99 və 133 saylı binaların aşağı paylama xəttində boru qaynaq edilib: d-57mm 6,5 p/m; d-32mm 1,5 p/m. 6-cı mikrorayon 4 və 124 saylı binaların zirzəmilərində müxtəlif diametrli boru 9 p/m boru qaynaq edilib, 1, 3, 5 və 6a saylı binaların zirzəmilərində axıntının qarşısı alınıb. 9-cu mikrorayon H.Babayev küçəsi 4 saylı binada aşağı paylama xəttində d-40mm 7,2 p/m boru qaynaq edilib, dik dayaqlarda d-20mm 2 ədəd ventil dəyişdirilib. 8-ci mikrorayon N.Nərimanov küçəsi 19, 21, Azadlıq prospekti 20, 6, 7 və 9-cu mikrorayon ərazilərində 8 binanın zirzəmisində su və kanalizasiya xəttləri əsaslı təmir edilir.
7-ci mikrorayon A.Kunanbayev küçəsi 9/25 saylı binanın qarşısında yeni park salınmasına başlanmışdır. 6-cı və 7- ci mikrorayonda 5b, 28a , 60/30, 62, 89, 205 saylı binaların həyətlərində 3950 m2 asfalt örtüyü çəkilib. 7-ci mikrorayon 4, 7b və 7a saylı binaların həyətində xeyir-şər evinin tikintisi başa çatdırılmış, Azadlıq prospekti 28-də yeni xeyir-şər evinin tikintisi başlanmışdır.