Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları Binəqədi rayonunda oldular

14 fevral 2016 | 11:00

14 fevral tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin  birgə  təşkilatçılığı  ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları Binəqədi rayonunda oldular.
Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniyanın ali təhsil ocaqlarından və Azərbaycanın yerli universitetlərindən bu layihəyə qatılan qış məktəbi iştirakçıları ilk öncə Binəqədi rayonunda yerləşən Heydər məscidində oldular və məscid haqqında iştirakçılara geniş məlumat verildi.
Daha sonra qış məktəbi iştirakçıları Binəqədi rayonuna gəlmişlər və Heydər Əliyev adına istirahət parkında olan qonaqlara rayonda görülən işlər haqqında məlumat verildi.
Sonra qış məktəbi iştirakçıları ilə görüş keçirildi. Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini Aygün Əliyeva,  Prezident Administrasiyasının əməkdaşı Sərraf Hüseynov, Azərbaycan  Respublikasının  Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qış məktəbi layihəsinin iştirakçıları iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini Aygün Əliyeva,  Prezident Administrasiyasının əməkdaşı Sərraf Hüseynov belə layihələrin önəmli olduğunu diqqətə çatdırdılar və Azərbaycanın milli-mənəvi dəyərlərin, ölkəmizdə tolerantlıq və dinlər arası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi qeyd etdilər.
Natiqlər Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” fikrini özünə deviz seçən qış məktəbi iştirakçılarına uğurlar dilədilər.
Çıxışlardan sonra tədbir bədii hissə Xəzər Universitetinin Kamera orkestri proqramı ilə   davam etdirildi və qonaqlara Azərbaycanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayısı hədiyyə edildi.

Keçidlər