Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əhalinin tibbi müayinəsinə başlanıldı

15 fevral 2016 | 11:00

Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən fevralın ayının 15-dən başlayaraq respublikanın hər yerində olduğu kimi,  Binəqədi rayonunda da   əhalinin pulsuz  tibbi  müayinəsinə başlanıldı.
Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunub, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılıb, o cümlədən rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.
Müayinənin ilk günündə qrafikə uyğun olaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədə iştirak ediblər. O cümlədən, xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Müayinələr  əsasən  həkim  terapevt, stomotoloq,  kardioloq,  ginekoloq tərəfindən həyata keçirilir.  Bundan  başqa  diabetik  xəstələr üçün qan təhlili müayinələri də aparılıb.
İlk gündə 1000 nəfər sakin tibbi müayinədən keçdi.
Əhalinin  tibbi müayinəsi may ayının 2-nə dək davam edəcəkdir.

 

Keçidlər