Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda din xadimləri ilə görüş keçirildi

16 fevral 2016 | 11:00

Fevralın 16-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “İmamzadə” kompleksinin  əsaslı təmirdən və yenidənqurmadan sonra  açılışında iştirak etmək üçün Gəncə şəhərinə yollanacaq Binəqədi rayonunun din xadimləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək milli-mənəvi dəyərlərimizin xalqımızın simasında zaman-zaman yaşadığını, bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamlarda milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, mənəviyyatımızın olduğunu qeyd etdi. Natiq çıxışında Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini vurğuladı, tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu və ölkəmizin mədəniyyətlər, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı.
Rayonun din xadimləri də öz növbəsində milli-mənəvi dəyərlərimizin qorunması və bu sahəyə göstərilən diqqətə görə ölkə başçısına, o cümlədən rayon rəhbərliyinə  təşəkkürlərini bildirdilər.

Keçidlər