Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “İmamzadə” dini kompleksinin açılış mərasimində Binəqədi rayonundan olan din xadimləri də iştirak etdilər

17 fevral 2016 | 11:00

17 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “İmamzadə” dini kompleksinin açılış mərasimi keçirildi.
Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.
Adıçəkilən tədbir zamanı Prezident İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.
Binəqədi rayonundan ezam olunmuş nümayəndə heyətini Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Heydər məscidinin imamı Hafiz Abbasov, axundu Rüfət Qarayev, Biləcəri qəsəbə I məhəllə məscidinin imamı Musa İbrahimov və Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə nümayəndəsi Şahbala Əliməmmədov təmsil etdilər.
Tədbirdə həmçinin, bir çox dövlət rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər