Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN” Könüllüləri üçün “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda təlimi keçirildi

18 fevral 2016 | 11:00

17-18 fevral tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan "ASAN" Könüllülər üçün “Layihələrin yazılması və idarə edilməsi” mövzularında təlim keçirildi.
Təlim çərçivəsində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova  gənclərə  “Layihələrin yazılması və idarə edilməsi” mövzusu  əsasında  ətraflı  məlumat verdi.
İki gün davam edən təlim zamanı gənclər onlara verilən praktik tapşırığa uyğun olaraq “Mədəniyyət və Turizm”, “Təhsil”, “Ekologiya” mövzularında layihələr hazırlayaraq təqdimatlar etdilər.
Könüllülər üçün təlimlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər