138 saylı bağçada Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbir keçirildi
20 fevral tarixində 138 saylı bağçada Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova, Binəqədi Rayon İcra Hakimiyyətindnə təcrübədə olan ASAN Könüllüsü Hüseyn Quluzadə və bağçanın kollektivi iştirak etdi.
Tədbirdə çıxış edən 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova ana dilimizin zənginliyi, tarixi haqqında geniş çıxış etdilər. Natiqlər çıxışlarında vurğuladılar ki, xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir. Bütün bunları uşaqlarımıza aşılanması missiyası isə olduqca əhəmiyyətlidir.
Daha sonra 138 saylı bağçanın balaca fidanları Ana dili günü ilə bağlı hazırladıqları proqramla çıxış etdilər.