Rayon məktəblilərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyaları davam etdirilir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 9 fevral 2016-cı il tarixli 26 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalarının təşkil olunması davam etdirilir.
Təsdiq edilmiş qrafikə uyğun olaraq olaraq 23 fevral 2016-cı il tarixdə 284 və 298 №li tam orta məktəblərin, 299 №li məktəb-liseyin şagirdləri “Memorial Soyqırımı Muzeyi”ni ziyarət etdilər.