Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 9 fevral 2016-cı il tarixli 26 saylı sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 10 fevral 2016-cı il tarixdə 100 №li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 26 Fevral-Xocalı Soyqırımının yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Müsabiqədə 65 nəfər şagird iştirak etdi. Müsabiqənin nəticəsinə görə 99 №li tam orta məktəbin 9ç sinif şagirdi Həsənova Zəhra Fəxrəddin qızı birinci yerə, 3 №li tam orta məktəbin 10c sinif şagirdi Cəlilova Günel Elçin qızı ikinci yerə və 115 №li tam orta məktəbin 10b sinif şagirdi Rəhimli Lamiyə Yaşar qızı üçüncü yerə, 99 №li tam orta məktəbin 10d sinif şagirdi Əhmədova Gülhava Müşfiq qızı, 100 №li tam orta məktəbin 8a sinif şagirdi Abulzadə Ləman Rauf qızı, 100 №li tam orta məktəbin 9b sinif şagirdi Zeynallı Kəmalə Salman qızı, 284 №li tam orta məktəbin 9a sinif şagirdi Əliyeva Günəş Anar qızı, 3 №li tam orta məktəbin 10c sinif şagirdi Şamçıyeva Ayan Samir qızı fərqlənməyə layiq görüldülər.