"Qüsursuz Gələcək" layihəsi çərçivəsində 177 saylı körpələr-evi uşaq bağçasında tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qüsursuz Gələcək" adlı layihə çərçivəsində 177 saylı körpələr-evi uşaq bağçasında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova həyata keçirilən layihənin təqdirəlayiq olduğunu, Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğının göstərilməsinin hər birimizin borcu olduğunu qeyd etdi və belə layihələrin mütəmadi şəkildə davam etdirilməsinin vacib olduğunu bildirdi.
Daha sonra çıxış edənlər - 177 saylı körpələr-evi uşaq bağçasının müdiri Pəri Rəhimova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə qüsurları olan, əqli cəhətdən problemlər yaşayan körpələrin heç də az olmadığını bildirərək dövlət tərəfindən belə körpələrə xüsusi diqqət ayrıldığını qeyd etdilər.
Layihə rəhbəri Yeganə Qasımova layihənin məqsədi və bundan sonra görüləcək işlər barədə, Gənc Psixoloqlar İctimai Birliyinin Nəzarət-Təftiş Komitəsinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə haqqında iştirakçılara məlumat verdilər.
Layihənin sonunda uşaqlar şeir söyləyib,rəqslər nümayiş etdirdilər. Daha sonra usaqlara hədiyyələr təqdim edildi.