Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları ilə görüş keçirildi

20 yanvar 2013 | 11:00

2013-cü il yanvarın 19-da Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları ilə görüş keçirdi.
Teatrın problemləri ilə maraqlanan rayon rəhbəri teatr sənətinin mədəniyyət həyatında vacib rol oynadığını vurğuladı.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ildən İrəvan şəhərində fəaliyyət göstərir. 1928-ci ildə teatr dövlət statusu almışdır. 1989-cu ildə ermənilər tərəfindən İrəvandan Bakıya deportasiya olunub. 2008-ci ildən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi 5 ünvanında fəaliyyət göstərir. Teatrda 53 işçi çalışır. Bunlardan 2 nəfər Respublikanın xalq artisti, 3 nəfər Respublikanın əməkdar artistidir. Direktoru əməkdar mədəniyyət işçisi Piriyev İvtixar Fərhad oğludur.
Görüşün sonunda teatr Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırıldı.
 

Keçidlər