Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Soyqırımı”nın anım günü münasibətilə tədbir keçirildi

23 fevral 2016 | 11:00

23 fevral tarixində Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində yerləşən əhalinin kütləvi tədbirlər evində “Xocalı Soyqırımı”nın anım günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, qəsəbə və icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ərazisində məskunlaşan Xocalı sakinləri iştirak etdilər.
İlk öncə Xocalı şəhərində baş vermiş soyqırımda dünyasını dəyişən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Xocalıda baş vermiş qətliamda törədilən ağır cinayətlərdən  və erməni vəhşiliyi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilən Xocalı şəhərinin sakinlərinin başlarına gətirilən müsibətlərdən danışıldı.
Tədbirdə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslüm qızı Xocalıda baş vermiş hadisələrin dəhşətli anlarından danışdı. Daha sonra onun təşkilatçılığı ilə çəkilmiş “Həqiqətin şahidləri” adlı sənədli film iştirakçılar tərəfindən izlənildi.
Tədbirdə Respublikanın əməkdar artistləri Ağalar Bayramov, Azad Şükürov, dosent  Məleykə Məmmədova və Bakı Humanitar kollecinin tələbələri çıxış etdilər.

Keçidlər