Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar 298 saylı bağçada anım tədbiri keçirildi

23 fevral 2016 | 11:00

Fevral ayının 23-də Binəqədi rayonunda 298 saylı bağçada Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirildi.
Tədbirin əvvəlində Xocalı şəhidlərinin xatirəsi anıldı, baş verən qətliamın bəşər tarixinə düşmüş dəhşətli qırğınlardan biri olduğu bildirildi. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə 298 saylı bağçanın körpələrinin ifasında hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirildi.

Keçidlər