“Xocalı faciəsi”nin 24-cü ildönümü ilə əlaqədar Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyyət evində tədbir keçirildi
25 fevral tarixində “Xocalı faciəsi”nin 24-cü ildönümü ilə əlaqədar Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyyət evində tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə çəkilmiş “Yara” sənədli filminin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının əməkdar artisti Sabir Məmmədov tədbir haqqında məlumat verdi.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov zəngin tarixə malik xalqımızın qan yaddaşına həkk olunmuş Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdi. Vurğulandı ki, bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.
Sonra Xocalıdan olan Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Səkinə Mustafayeva çıxış etdi.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.