Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər

26 fevral 2016 | 11:00

İyirmi dörd il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktında 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.
Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Fevralın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun ictimai həyatında iştirak edən fəal gənclər, rayon ictimaiyyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi yad edildi, abidənin önünə tər çiçəklər düzüldü.

Keçidlər