Beynəlxalq Mülki müdafiə günü münasibətilə tədbir keçirildi
1 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 246 saylı tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar komissiyasının sədri İlqar Süleymanov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Binəqədi Rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, şagirdlər və müəllimlər iştirak etdilər.
Tədbirdə Mülki müdafiə qrupları tərəfindən fövqəladə hallar zamanı görülən zəruri təhlükəsizlik tədbirləri şərti olaraq göstərildi.
Sonra isə fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar və geyim əşyaları ilə tanışlıq oldu.