Binəqədi rayonunda sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması istiqamətində görüləcək işlərlə bağlı görüşlər keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevın 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, 18 yanvar 2016-cı il tarixdə cənab Prezidentin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı keçirilən müşavirədə, həmçinin 26 yanvar tarixdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda şəhər, rayon icra hakimiyyətlərinin müvafiq ərazilərində iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, sahibkarların qarşısında yaradılan süni maneələr aradan qaldırılması, yeni iş yerlərinin açılması, investorlar tərəfindən şəhər və regionlarda investisiya qoyuluşunun artırılmasına şərait yaradılması tapşırığı verildi.
Tapşırığın icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Sahibkarların inkişaf etdirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qərargahın yaradılması haqqında” 9 fevral 2016-ci il tarixli 24 saylı sərəncamı imzalandı. Sərəncama uyğun olaraq yerlərdə keçirilməsi nəzərdə tutulan görüşlərin qrafiki təsdiq edildi.
Qrafikə uyğun olaraq fevralın 18-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun iştirakı ilə Binəqədi rayon bələdiyyəsinin kollektivi ilə, 23 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini İlqar Süleymanovun iştirakı ilə Biləcəri qəsəbəsində “Azərenerji” ASC-nin Enerji Təchizatı İdarəsinin kollektivi ilə, 23 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Vüsar İsmayılovun iştirakı ilə Rəsulzadə qəsəbəsində Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi ilə, 29 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun və Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşovun iştirakı ilə 126 saylı tam orta məktəbdə 126, 244, 283 saylı məktəblərin, 138, 158 saylı körpələr-evi uşaq bağçalarının və 25 saylı şəhər poliklinikasının nümayəndələri ilə, martın 1-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun iştirakı ilə Biləcəri bələdiyyəsinin kollektivi ilə müxtəlif görüşlər keçirildi.
Görüşlərdə sərəncamdan irəli gələn məsələlər müzakirə edildi.