Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik 2012-ci ilin yekunları ilə bağlı hesabat verdi

23 yanvar 2013 | 11:00

2013-cü il yanvarın 22-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi. Dövlət idarə və ərazi üzrə xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclası Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov açaraq rayonda aparılan abadlıq və quruculuq işlərindən danışdı.Sonra Binəqədi qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndə Ramiz Həsənzadə 2012-ci il ərzində nümayəndəlik tərəfindən görülmüş işlər haqqında hesabat verdi. Məruzədən sonra hesabat ətrafında müzakirələr aparıldı, qəsəbə sakinlərindən A.Musayev, N.Əliyev, R.Maqsudov və C.İbrahimov çıxış edərək bir sıra problemlər qaldırdılar. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov vətənadaşların qaldırdıqları problemlərə münasibət bildirərək, onları maraqlandıran suallara cavab verdi. Hesabat yığıncağının yekununda qərar qəbul olundu.
 

Keçidlər