Şriftin ölçüsü :

Saytın rəngi :

"Həvəskardan peşəkara doğru " adlı layihə çərçivəsində növbəti təlim həyata keçirildi

02 mart 2016 | 11:00

2 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrin Dəstək İctimai Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Həvəskardan peşəkara doğru " adlı layihə çərçivəsində növbəti təlim həyata keçirildi.
Layihənin məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasından, cəmiyyətdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının formalaşdırılmasından və həvəskar rejisor operatorları stumullaşdıraraq gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Tədbirdə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Mirzəyev iştirak etdi. Təlimçi Ramiz Mirzəyev rejissor və operator sahəsinin incəliklərindən bəhs etdi.
Yekun olaraq təlim gənclərin sualları ətrafında diskussiya şəklində davam etdirildi.

Keçidlər