Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin fevral ayında daxil olan müraciətlər

07 mart 2016 | 11:00

2016-cı ilin fevral ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 3423, birbaşa cavablandırılan zənglərin sayı 2568,  yaradılan əks əlaqələrin sayı 901, günlük  orta zəng sayı 102, tərtib edilən şikayət vərəqələrinin sayı 855 olub.
Şikayət xarakterli müraciətin 855-nin  icrası təmin edilib, o cümlədən  707 -si və ya  82,6 %-i tam həll olunub,  49 -u və ya 5,7 %-i qismən həll edilib,  99 -u və ya 11,6 %-nə müvafiq izahat verilərək həll edilib.
Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin   539-u və ya  63 %-i qaz təchizatı,  118-i və ya 13,8 %-i su-kanalizasiya, 91-i və ya 10,6 %-i istilik təchizatı,  55-i və ya 6,4 %-i lift problemləri,  21-i və ya 2,5 %-i elektrik təchizatı ilə bağlı, 19-u və ya  2,2 %-i sakinləri narahat edən digər məsələlər,  7-si və ya 0,8 %-i küçələrin işıqlandırılması idarəsi,  4-ü və ya 0,5 %-i zibil və tullantılar ilə əlaqədar,  1 -i və ya 0,1 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 28 təşəkkür müraciəti daxil olub.

Keçidlər