8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bəzi rayon sakinləri evlərində təbrik edildi
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şücaət göstərərək igidlik və qəhrəmanlıq salnaməsi yazan Vətən oğulları bəxş edən analar - Milli Qəhrəman və şəhid ailələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş milli azlıq nümayəndələri, fiziki məhdudiyyəti olan xanımlar, təqaüddə olan təhsil və səhiyyə işçiləri evlərində ziyarət edilərək təbrik edildilər.
Onlara Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından ən xoş arzular çatdırıldı və bayramları təbrik olundu.
Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, 158 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları iştirak etdilər.