Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 23 illiyi qeyd olundu

05 mart 2016 | 11:00

5 mart 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 23 illiyi qeyd olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov, Millət vəkili Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən partiya üzvləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının önündə xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirdilər.
Sonra Yeni Azərbaycan Partiyası və partiyanın Binəqədi rayon təşkilatının ötən dövr ərzində fəaliyyətindən bəhs edən film nümayiş edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov məruzə ilə çıxış etdi.
Tədbir iştirakçılarını təbrik edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov siyasi qurumun keçdiyi zəngin tarixi yola nəzər saldı.
Millət vəkili Kamaləddin Qafarov da bu gün ölkəmizin ən güclü və nüfuzlu siyasi qüvvəsinə çevrilən YAP-ın müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 23 illiyinə həsr olunan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixindəki mühüm rolundan danışmdı, ümummilli liderin əsasını qoyduğu siyasi kursun, aparılan uğurlu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı.
Sonda, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasının 23 illiyi münasibətilə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalı fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırdılar.
Eyni zamanda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər