Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Bədən tərbiyəsi və idman günü münasibətilə qızlar arasında voleybol birinciliyi keçirildi

09 mart 2016 | 11:00

05-07 mart 2016-cı il tarixlərində 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi və “Azərreyl” voleybol klubunun birgə təşkilatçılığı ilə “Azərreyl” voleybol klubunun voleybol meydançasında ASAN könüllülərinin gənc qızları arasında “Voleybol” birinciliyi keçirildi.
Birincilikdə ümumilikdə 6 komanda iştirak etdi. Yarışın nəticəsinə görə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi birinci yeri, Sumqayıt "ASAN xidmət" mərkəzi ikinci yeri, 1 saylı Bakı "ASAN xidmət" mərkəzi üçüncü yeri tutdular.
Tədbirin yekun mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsi rəisi Qüdsi Bayramov, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Sumqayıt və Bakı "ASAN xidmət" mərkəzlərinin direktorları, “Azərreyl” voleybol klubunun vitse-prezidenti Vəsilə Abulova, “ASAN Könüllüləri” gənclər təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və könüllü gənclər iştirak etdilər.
Qalib komandalar diplom, medal və kubokla mükafatlandırıldılar.

 

Keçidlər