Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

05 mart 2016 | 11:00

Martın 5-də 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayonunda bayram tədbiri təşkil olundu.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin Aqrar Siyasət Daimi Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, Millət vəkili Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları və və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak etdilər.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qurup  qadın Binəqədi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundu.
Tədbir bədii hissə ilə davam etdi.

Keçidlər