Binəqədi Rayon İcra Hakimiyyətində 8 mart - Beynəlxalq Qadınlar günü qeyd edildi
7 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, o cümlədən rayonun idarə və təşkilatlarında çalışan, həmçinin İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllü xanımları ilə görüşü keçirildi.
Görüşdə “8 Mart-Beynəlxalq Qadınlar günü” münasibəti ilə xanımları təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdı. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən gender siyasəti nəticəsində qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb və onlar ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər.
Görüşdən sonra tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.