Rayonun uşaq bağçalarında 8 Mart - Beynəlxalq Qadınlar günü qeyd edildi
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayon uşaq bağçalarında müxtəlif tədbirlər keçirildi.
Rayonun 158, 177, 272 və 298 saylı körpələr-evi uşaq bağçalarında keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, uşaq bağçalarının rəhbərləri və kollektivi iştirak etdi.
Tədbirdə çıxış edənlər qeyd etdirlər ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün ölkəmizdə qadınlarımıza dəyər verilir və onlar müxtəlif vəzifələrdə çalışırlar.
Tədbirlərdə uşaq bağçalarının balaca fidanlarının hazırladıqları bədii proqramlar nümayiş edildi.